Dünyada taxıl qiymətlərinin qalxacağı gözlənilir

21:15 - 30 Oktyabr 2022

Dünyada taxıl qiymətlərinin qalxacağı gözlənilir

Rusiyanın taxıl sazişindən çıxmasından sonra taxıl bazarında qiymətlərin qalxacağı proqnozlaşdırılır.

 

Manset.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ekspertlərə istinadən məlumat yayıb.

Analitiklərin fikrincə, buğda fyuçerslərinin qiymətinin bazar ertəsi günü sıçrayacağı gözlənilir.

"Həftənin əvvəlində qiymətlərin qalxması ehtimalı çox yüksəkdir, çünki Ukraynadan daha az taxıl çıxacaq", - deyə ekspertlərdən biri bildirib.

Qeyd edək ki, Rusiya Ukraynanı taxıl dəhlizindən hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edib və İstanbulda imzalanan taxıl müqaviləsindən çıxdığını elan edib.

Kiyev bildirib ki, Rusiya razılaşmadan çıxmaq üçün bəhanə yaradır.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin