Ombudsman Aparatından Ermənistana - Çağırış

15:42 - 14 Avqust 2021

Ombudsman Aparatından Ermənistana - Çağırış

Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yayıb.

 Manşet.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, Ermənistanın beynəlxalq hüquq normalarına və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəlarına zidd olan təxribatçı əməlləri nəticəsində Ermənistan-Azərbaycan dövlət sərhədində artıq bir müddətdir ki, müşahidə olunan gərginlik hələ də davam edir:

“Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat xarakterli əməllərini davam etdirərək avqustun 13-ü saat 23:05-də Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Ermənistanı  Azərbaycanın mülki əhalisinin həyat və sağlamlığı üçün təhlükə yaradan, fundamental insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş bu kimi təxribatçı əməllərdən çəkinməyə, ölkəmizin ərazi bütüvlüyünü tanımaq və ona hörmət bəsləməklə regonun siyasi-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən yekun sülh müqaviləsinin bağlanmasına, tərəflər arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əməl edərək kommunikasiya xətlərinin açılmasına şərait yaratmağa çağırırıq”.


Xəbər xətti

8 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin