Əli Həsənovun Polkovnik kürəkəni DİN-dən xaric edildi

09:48 - 9 İyun 2021 - CƏMİYYƏT

Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunub.

Manşet.az report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki İsfəndiyar Mehbalıyev öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, İ.Mehbalıyev Prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun kürəkənidir.



Xəbər xətti

20 İyun 2021