Türkiyədə sel qurbanlarının sayı artdı

14:25 - 14 Avqust 2021

Türkiyədə sel qurbanlarının sayı artdı

Türkiyədə güclü yağışlar səbəbindən baş verən sel və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı artıb.

Manşet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bartında itkin düşmüş 85 yaşlı qadının cəsədi tapılıb. Bununla da, sel nəticəsində həlak olanların ümumi sayı 41-ə çatıb.

Bildirilir ki, Kastamonuda 34, Sinopda 6 nəfər həlak olub. 

AFAD-ın məlumatına görə, 9 nəfərin xəstəxanada müalicəsi davam edir.


Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin