54 gün erməni mühasirəsində qalmış azərbaycanlılarla bağlı “Parabüzən” filmi təqdim olunacaq

17:22 - 28 Oktyabr 2022

54 gün erməni mühasirəsində qalmış azərbaycanlılarla bağlı “Parabüzən” filmi təqdim olunacaq

Vətən müharibəsi nəticəsində 30 ilə yaxın erməni işğalı altında qalan torpaqlarımız azad olundu. Birinci Qarabağ müharibəsi zamanı həmin torpaqlarda ermənilərin törətdiyi barbarlıq, vəhşilik, soyqırım və faciələri təsdiqləyən bir çox sübut və dəlillər də üzə çıxdı.

Azərbaycanın 19 vətəndaşı 1993-cü il martın 31-dən mayın 23-dək Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb.

Manset.az xəbər verir ki, 54 gün davam edən hadisələrin baş verdiyi yerləri lentə almaq, faktları canlı şahidlərin müsahibələri ilə sənədləşdirmək məqsədilə “Global Media Group” şirkətinin dəstəyi ilə “Parabüzən” sənədli filmi çəkilib.

Filmin baş qəhrəmanları 29 il əvvəl hadisələrin baş verdiyi ərazilərə - Kəlbəcər və Laçın rayonlarına baş çəkiblər. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Ayaz Mirzəyev, operatoru Ağa Nağıyev, montajçı Arzum Nuruşzadədir.

“Parabüzən” filmi yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin