BDU-nun dosenti vəfat etdi - FOTO
26 Noyabr 2024
19:36 - 27 Oktyabr 2022
Moldova və Bolqarıstan arasında cümə axşamı “Bulqartransqaz” şirkətinin şəbəkəsi ilə təbii qazın nəqlinə dair saziş imzalanıb.
Manset.az xəbər verir ki, bu, təbii qazın Türkiyə və Yunanıstandan Moldova ərazisinə qaz nəqlinə imkan verəcək.
Bunu cümə axşamı Moldova Prezidenti Maya Sandu bolqarıstanlı həmkarı Rumen Radevlə birgə mətbuat konfransında deyib.
“Bu gün Moldovanın “Enerqokom” şirkəti ilə Bolqarıstanın qaz nəqli sistemi operatoru “Bulqartransqaz” arasında bağlanmış əməkdaşlıq sazişini alqışlayıram. Bu o deməkdir ki, biz digər mənbələrdən qaz almaq üçün texniki şərtlər yaradırıq. Yeni mənbələrə çıxış hazırkı böhranda daha dayanıqlı olmaq üçün enerji müstəqilliyimizi möhkəmləndirəcək və bizə kömək edəcək”, - deyə Sandu danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib.
Radev öz növbəsində qeyd edib ki, Bolqarıstanın qaz nəqli sisteminin gücü Bolqarıstandan Moldovaya qaz tranziti üçün kifayət qədərdir.
“Bu müqavilə Moldovaya Yunanıstan və Türkiyə terminallarındakı mayeləşdirilmiş qaza çıxış əldə etməyə imkan verir”, - deyən Radev bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin