300 milyard dolların təsdiqləndiyi an - VİDEO
24 Noyabr 2024
15:33 - 27 Oktyabr 2022
Bu ilin sentyabrında Ermənistan ordusunun törətdiyi təxribat nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov dələduzluqla üzləşib.
Manset.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
İddialara görə, zəngi edən şəxs bloger Hüseyn Həsənovun qohumu olduğunu qeyd edərək Sənandan pul köçürmək üçün hesab nömrəsi istəyib. Sənan hesab nömrəsini verdikdən sonra, ondan telefonuna gələn kodu da tələb edib. Ardınca isə kartdan pullar çəkilib.
Məlumata görə, zəngi edən şəxs Azərbaycan dilində danışırmış.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Manset.az-a bildirilib ki, məsələdən xəbərdardılar və bununla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin