Bu rayonda 40-dan çox sakin məsuliyyətə cəlb olundu - RƏSMİ

10:37 - 14 Avqust 2021

Bu rayonda 40-dan çox sakin məsuliyyətə cəlb olundu - RƏSMİ

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Manset.az-a verilən məlumata görə, araşdırmalar zamanı sürücülük hüququ olmayan, avtomobili sərxoş halda idarə edən sürücülər də müəyyən edilərək barələrində qanunamüvafiq tədbir görülüb.

Ümumilikdə 40-dan çox rayon sakini barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub.


Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin