Erməni ictimaiyyətini şoka salacaq yeni sənəd hazırlanır - Azərbaycanın xeyirinə

10:14 - 14 Avqust 2021

Erməni ictimaiyyətini şoka salacaq yeni sənəd hazırlanır - Azərbaycanın xeyirinə

“Paşinyanın həddindən artıq dinc ritorikası narahatlıq doğurur. Ola bilsin ki, hakimiyyət sərhədlərin demarkasiyası və delimitasiyasında Azərbaycana yeni güzəştlərə yol açsın”.

Manset.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə politoloq Norayr Dunamalyan “Sputnik Armenia”ya açıqlamasında deyib. Politoloq hesab edir ki, Azərbaycanla razılaşdırılacaq və erməni ictimaiyyətini şoka salacaq yeni bir sənəd hazırlanır.

O, daha sonra bildirib: “Paşinyanın sözləri müdafiə naziri Arşak Karapetyanın Azərbaycanla sərhəd böhranını hərbi yolla həll etməyin mümkünlüyü ilə bağlı açıqlamalarına ziddir. Açıqlamalarla sərhədlərdəki vəziyyət arasında bir uyğunsuzluq var və bu, demarkasiya prosesləri ilə bağlı şübhələrə səbəb olur. İndi sual budur ki, tərəflər müharibədən sonra sərhədlər çəkəcək, yoxsa sovet sərhədlərini əsas götürəcəklər?”.

Norayr Dunamalyan onu da vurğulayıb ki, Ermənistan baş nazirinin mövqeyi Azərbaycan tərəfindən zəiflik əlaməti olaraq qəbul edilir.


Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin