Siyasətdən gedən Merkelin aylıq pensiyası bu qədər OLACAQ

08:23 - 14 Avqust 2021

Siyasətdən gedən Merkelin aylıq pensiyası bu qədər OLACAQ

Almaniya kansleri Angela Merkel vəzifədən getdikdən sonra ayda təxminən 15 min avro pensiya alacaq.

 

Manset.az xəbər verir ki, bu barədə Almaniya Vergi Ödəyiciləri Federasiyasının hesablamalarına istinadən DPA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, bu məbləğ Merkelin uzun müddət Bundestaq üzvü olması və eyni zamanda Almaniya kansleri vəzifəsini icra etməsini əhatə edir.

1954-cü ildə anadan olan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olub. O, 2005-ci ildən Almaniyanın kansleri vəzifəsini icra edir.

Sentyabrın 26 -da Almaniyada parlament seçkiləri keçiriləcək və bunun ardınca yeni hökumət qurulacaq. Merkel namizədliyini irəli sürməyib və seçkilərdən sonra siyasətdən getmək istədiyini açıqlayıb.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin