Şəmkirdə bu ərazidə yanğın başladı

23:45 - 13 Avqust 2021

Şəmkirdə bu ərazidə yanğın başladı

Şəmkir rayonu, Tatarlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.

Manşet.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olub.Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. İlkin məlumata əsasən, təqribən 1 ha sahədə kol-kos yanır.

Əlavə məlumat veriləcək.

 


Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin