Prezident bu mərkəzləri ləğv etdi - SƏRƏNCAM
21 Noyabr 2024
13:07 - 21 Oktyabr 2022
6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Müstəqil Azərbaycan Respublikasının inkişafında, ölkədə həyata keçirilən müasir dövlət quruculuğu prosesində ümumbəşəri prinsip və təcrübə ilə yanaşı, xalqımızın qədim tarixi irsinə, mədəni, mənəvi dəyərlərinə istinad xüsusi əhəmiyyət kəsb edir.
Ümummilli lider Heydər Əliyev hər bir Azərbaycan vətəndaşını ölkəmizin zəngin irsinə həssas yanaşmağa və sahib çıxmağa çağırırdı:
“Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Beləliklə, ölkəmizin tarixi, mədəni, elmi irsinin öyrənilməsi və təbliği daim öz aktuallığını qoruyub saxlayır.
Milli dəyərlərin qorunması dövlətin diqqət mərkəzindədir
Bildiyimiz kimi, Azərbaycan özünəməxsus qədim maddi və mənəvi irsi, mədəni dəyərləri olan bir ölkədir. Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Müxtəlif tarixi şəraitlərlə üzləşən Azərbaycan xalqı ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, tarixinə, eləcə də milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində bu günədək özünün milli identikliyini, özünəməxsusluğunu qoruyub saxlaya bilib. Bunun nəticəsidir ki, xalqımız tərəfindən əsrlər boyunca yaradılan və yaşadılan milli-mənəvi irsimizin böyük bir hissəsi bu gün cəmiyyət həyatının müxtəlif sferalarında qorunub saxlanılır və dövlətin siyasətində də əksini tapır.
Millət vəkili Fəzail Ağamalı Manset.az-a açıqlamasında bildirib ki, əslində dövlətin fəaliyyətində Azərbaycanın dövlətçilik tarixinin, adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği fundamental olaraq həyata keçirilir:
“Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədlər, eyni zamanda onun ən müxtəlif platformalarda söyləmiş olduğu fikirlər bu baxımdan ciddi önəm kəsb eliyir, həm də bir nümunə kimi diqqəti cəlb edir.
Xalqımız tarixən öz adət-ənənələrinə və milli dövlətçiliyinə sadiqdir. Biz bunu Sovet İttifaqının dağılması ərəfəsində də birmənalı şəkildə gördük. Dağılıb sökülən Sovet İttifaqının çökməsi zamanı daha da aktivləşən, eyni zamanda radikallaşan, aqressivləşən Sovet İmperiyasının Azərbaycana qarşı imperialist və qeyri-insani hərəkətlərindən çəkinməyərək xalqımız azadlıq və milli dövlətçilik uğrunda meydanlara axışdı. 20 Yanvar faciəsindən keçərək öz müstəqilliyinə nail oldu.
44 günlük Vətən savaşında da xalqımız vətənə və torpağa sədaqətini yüksək səviyyədə ortalığa qoydu. Xalqımız Müzəffər Ali Baş Komandan və qəhrəman Silahlı Qüvvələrimizlə birlik oldu. Bu gün də milli dövlətçiliyimiz ətrafında Cənab Prezidentin vətənpərvər və milli dövlətçiliyimizin güclənməsinə xidmət edən ideyalarının reallaşması üçün bütün imkanlarını səfərbərliyə almaqdadır”.
Millət vəkili qeyd edib ki, ölkə başçısı hər addımında dilimizə, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə və xalqımıza olan sədaqətini nümayiş etdirir:
“Xüsusi olaraq qeyd etmək istərdim ki, bir neçə gün öncə, oktyabr ayının 21-də Türk Dövlət Təşkilatının baş katibinə "Dostluq" ordenini verən zaman cənab Prezident Azərbaycandan kənarda yaşayan soydaşlarımızın dilinin qorunub saxlanması, ulu babalarımızdan bizə miras qalan yüksək səviyyəli milli-mənəvi dəyərlərə sədaqət hissinin Azərbaycan dövləti tərəfindən qorunub saxlanması, eyni zamanda xaricdə yaşayan soydaşlarımızın təhlükəsizliyinin qorunub saxlanması üçün olduqca ciddi əhəmiyyət kəsb edən fikirlərini gündəliyə gətirdi. Bu, cənab Prezidentin soyumuza, kökümüzə, dilimizə, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə və xalqımıza olan sədaqətinin daha bir nümunəsidir. Bu, Azərbaycanın xalqı tərəfindən bu gün birmənalı şəkildə qarşılanmaqda və təqdir edilməkdədir”.
Deputat vurğulayıb ki, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin qorunması və təbliği sahəsində genişmiqyaslı işlər görülməlidir:
“Eyni zamanda bu prosesə təbii ki, kütləvi informasiya vasitələrimizin, saytlarımız, qəzetlərimiz, televiziya-radio kanallarımız həm dövlətçiliyimizə, həm də adət-ənənələrimizə xüsusi önəm verən proqramlar, verilişlər aparmağa daha çox üstünlük verməlidirlər. Xüsusi olaraq demək istərdim ki, bu sadaladığımız yüksək dəyərlər ailədən başlayaraq məktəbə qədər, ali məktəbə və cəmiyyətə qədər formalaşa-formalaşa gedir. Ailədə uşaqlarımız vətənpərvər, milli adət-ənənələrə sədaqətli insan kimi böyüdülür. Bu ənənə uşaq bağçasından başlayaraq universitetlərə qədər bütün platformalarda yüksək səviyyədə davam etdirilməlidir.
Həmin məqsədi daha yüksək səviyyəyə qaldırmaq üçün, uşaq bağçalarında, körpələr evində, kolleclərdə, ali məktəblərdə müəllimlərimiz bu məsələyə daha çox önəm verməlidir. Xalqımızın bu gününə və gələcəyinə, dayaqlar yaradan vətəpərvərlik, milli adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, dpvlətçiliyimizə sədaqət hissi xalqımızın düşüncələrində, həyatında aparıcı mövqedə olmalıdır. Bunun üçüm bir daha təklif edirəm ki, uşaqlarımızın, körpələrimizin, gənclərimizin bu baxımdan tərbiyəsi işi daha yüksək səviyyədə qurulmalıdır”.
Aysel Xankişiyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin