Türkiyədə seldə ölənlərin sayı 38-ə çatıb

23:24 - 13 Avqust 2021

Türkiyədə seldə ölənlərin sayı 38-ə çatıb

Türkiyədə seldə ölənlərin sayı artıb.

Manşet.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünü tvitter səhifəsində yazıb.

Bildirilir ki, Kastamonuda 32, Sinopda 6 nəfər həyatını itirib.

Nazir əlavə edib ki, təbii fəlakətin təsirinə məruz qalan Sinop vilayətinin Ayancık rayonundakı dövlət xəstəxanasındakı 56 xəstə Sinop şəhər xəstəxanasına köçürülüb.

Xatırladaq ki, Kastamonu vilayətinin Ayancık Dövlət Xəstəxanasının binası qəzalı vəziyyətə düşüb. Zərər çəkən ərazilərdən əhali evakuasiya edilərək tələbə yataqxanalarına yerləşdirilib.


Xəbər xətti

28 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin