Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4%-ə yaxın artırdı - SİYAHI

22:28 - 25 Oktyabr 2022

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4%-ə yaxın artırdı - SİYAHI

Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 53 053,7 milyon ABŞ dolları təşkil edib.

 

Manset.az xəbər verir ki, bunun 85,5 %-i və yaxud 45 386,4 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 14,5 %-i və yaxud 7 667,3 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 375 milyon dollar və yaxud 0,7 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 79,6 milyon dollar və yaxud 0,2 %, AMB-nin valyuta ehtiyatlarında isə 295,4 milyon dollar və yaxud 4 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 793,5 milyon dollar və yaxud 3,5 % artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 160 milyon dollar və yaxud 2,6 %, AMB-nin valyuta ehtiyatları isə 633,5 milyon dollar və yaxud 9 % artım nümayiş etdirib.

 

ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları)

AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları)

Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları)

01.10.2022

45 386,4

7 667,3

53 053,7

01.07.2022

45 306,8

7 371,9

52 678,7

01.04.2022

45 264,0

7 136,5

52 400,5

01.01.2022

45 025,1

7 075,4

52 100,5

01.10.2021

44 226,4

7 033,8

51 260,2


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin