“Taliban” peyvəndləməni qadağan edib

22:14 - 13 Avqust 2021

“Taliban” peyvəndləməni qadağan edib

“Taliban” qiyamçıları Əfqanıstanın şərqində yerləşən Paktiya vilayətində nəzarəti ələ aldıqdan sonra koronavirusa qarşı peyvənd vurdurmağı qadağan edib.

Manşet.az xəbər verir ki, bu barədə vilayətin səhiyyə rəsmisi Vilayət Xan Əhmədzay məlumat verib.

O bildirib ki, “Taliban” vilayəti ələ keçirəndən sonra xəstəxanada peyvəndlənmə prosesi dayandırılıb.

Qeyd olunur ki, vaksinasiya şöbəsi bağlanıb, sakinlərə isə peyvəndin qadağan olunduğu bildirilir.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin