Ağdamın işğaldan azad edilməsindən 4 il ötür
20 Noyabr 2024
15:20 - 24 Oktyabr 2022
Ötən gün 83 yaşında vəfat edən Əməkdar artist Süleyman Abdullayevin qızı Aygün Abdullayeva atasının vəsiyyətini açıqlayıb.
Manset.az xəbər verir ki, sənətkarın qızı Yenicag.az-a açıqlamasında bunları deyib:
“Atam vəfat etməzdən öncə mənə dedi ki, üç vəsiyyətim var, bunları mütləq şəkildə yerinə yetirərsiniz. Vəsiyyət elədir ki, onu mütləq yerinə yetirməliyik.
Birinci vəsiyyəti bu idi ki, Füzuli rayonunun Qoçəhmədli kəndindəki ata-baba evini tanınmış aparıcı Nanə Ağamalıyevaya verək. Çünki atam ona hər zaman diqqət, qayğı göstərən Nanəni çox istəyirdi. Halal xoşu olsun, övlad olaraq halallığını verirəm.
İkinci vəsiyyəti bu idi ki, onu anamın yanında dəfn edək. Demişdi, birdən məni Fəxri xiyabanda dəfn etməyi məsləhət görərlər, buna görə dövlətimizə təşəkkür edərsiz, amma məni ananızın yanında dəfn edərsiz.
Üçüncü vəsiyyəti də mənimlə bağlıdır. Yaşadığı evi mənə bağışladı”.
Qeyd edək ki, N.Ağayeva aparıcısı olduğu “Şou ATV” və “Nanəli” verilişlərində Dədə Süleymana buraxılışlar həsr edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin