Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər həbs edildi

12:25 - 23 Oktyabr 2022

Bərdədə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər həbs edildi

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.

 

DİN-in Mətbuat Xidmətindən Manset.az-a verilən xəbərə əsasən, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri - Vaqif Nadirov, Ruslan Əhmədov və Mehman Süleymanov saxlanılıblar. Onların üzərinə baxış keçirilən zaman güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin