Putinin sevgilisi olduğu deyilən qadın 2 il sonra barmağında üzüklə görüntüləndi

18:56 - 13 Avqust 2021

Putinin sevgilisi olduğu deyilən qadın 2 il sonra barmağında üzüklə görüntüləndi

Rusiya Prezidenti Vladimir Putinin 'sevgilisi' olduğu iddia edilən gimnastika üzrə keçmiş Olimpiya çempionu  38 yaşlı Alina Kabaeva 2 il sonra ilk dəfə görünütüləndi.

Kabaevanın Putinin 2014 -cü ildə həyat yoldaşı Lyudmila ilə boşanmasına səbəb olduğu və Rusiya lideri ilə əkiz uşaqları olduğu iddia edildi. Əkizlərini dünyaya gətirmək və böyütmək üçün 2,5 il gizləndiyi iddia edilən Kabaeva, ötən gün Rusiya dövlət kanalında yayımlanan videoda ictimaiyyət qarşısına çıxdı.

 Manşet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kabaevanın barmağında toy üzüyünə bənzər bir üzük olması diqqət çəkdi. Təxminən bir saat davam edən verilişdə Putin və münasibətləri ilə bağlı heç bir sual verilməyib.

2019 -cu ildə Rusiyanın Moskovsky Komsomolets qəzeti, 30 illik həyat yoldaşından boşanan Rusiya lideri Putinin sevgilisi Alina Kabaevanın özəl bir xəstəxanada əkiz dünyaya gətirdiyini yazmışdı. Xəbəri bu mənbəyə əsaslanaraq nəşr edən bütün Rusiya qəzetlərinin xəbərləri birdən silməsi bu iddiaları gücləndirdi.

Ülkər Abdurahmanlı


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin