Anası narkotikə alışdırılmış azyaşlı Şiddətə məruz qaldı

18:11 - 13 Avqust 2021

Anası narkotikə alışdırılmış azyaşlı Şiddətə məruz qaldı

Azərbaycanda azyaşlı anasının rəfiqəsi tərəfindən şiddətə məruz qalıb.

Manşet.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

Onun sözlərinə görə, azyaşlı Mədinənin anasının sevgilisi tərəfindən narkotikə alışdırılması iddia edilib: “Bu barədə azyaşlının xaricdə yaşayan qohumları bildirib. Mədinənin anası barəsində məlumatlar aidiyyəti qurumlara göndəriləcək. “Ümid edirəm ki, faktlar təsdiqini tapdıqda azyaşlı ilə bağlı obyektiv qərar çıxarılacaq. Onun anasının müalicə və reabilitasiyası ilə bağlı işlər aparılacaq”, - deyə K.Ağazadə qeyd edib.

 

 

 


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin