Həmcinsi ilə evləndiyi deyilən Səxavət Nurdan AÇIQLAMA

18:00 - 13 Avqust 2021

Həmcinsi ilə evləndiyi deyilən Səxavət Nurdan AÇIQLAMA

Öz həmcinsi ilə ailə qurduğu deyilən məşhur jurnalist Səxavət Nur məsələyə aydınlıq gətirib.

Manşet.az Sfera.az-a istinadən xəbər verir ki, ABŞ-da yaşayan jurnalist yayılan məlumatı təkzib edib:

"Heç ömrümdə bu qədər gülməmişdim. Deməli dünən məni Amerikaya gələn gündən ailə kimi, kiçik qardaş kimi- övlad kimi qəbul edən insanlardan biri ilə şəkil paylaşmışam. Bu gün səhər bir xəbərlə oyanıram - Səxavət Nur həmcinsi ilə ailə qurub. Ay siz nə rəzil nə şərəfsiz insanlarsız? Siz özünüzdən nələr yazıb pozursuz???  Allah ağıl və bir az da insaf versin sizə. Sizə jurnalist deyən də elə sizin tayınızdır. Sizin yazdıqlarınıza inanan da sizdən betər. Kef eləyin".
 
Qeyd edək ki, Səxavət Nur ötən gün sosial şəbəkə hesabında bir bəylə foto paylaşaraq səmimi sözlər yazıb.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin