Toy şəkillərini paylaşan Xoşqədəm Hidayətqızı: "Deyirdilər ki, 1 il sonra ayrılacaqlar" - FOTO

12:40 - 21 Oktyabr 2022

Toy şəkillərini paylaşan Xoşqədəm Hidayətqızı:

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yeni paylaşım edib. 

 

Manset.az xəbər verir ki, o, instaqram hesabında müğənni həyat yoldaşı Doğuşla toyunda çəkilən fotolarını paylaşıb.

Artıq 8 ildir evli olan aparıcı görüntülərə xoş sözlərini də əlavə edib:

"Bu gün Doğuşla evliliyimizin 8 ili tamam olur. 8 il əvvəli xatırlayıram. Bizim evliliyimizlə bağlı proqnozlar vermişdilər. 6 ay ya da 1 il sonra ayrılacaqlar. Oysa ki, ayıran da, birləşdirən də Allahdır. Çox şükür, 8 ildir, birlikdəyik".

Xatırladaq ki, Doğuşla Xoşqədəmin Arda ilə Arın adlı övladları var. 

 


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin