"Prezident İlham Əliyevin Türkiyədəki yanğınlarla bağlı əmri tam icra edilib" - Nazir müavini

14:03 - 13 Avqust 2021

"Prezident İlham Əliyevin Türkiyədəki yanğınlarla bağlı FHN-in qarşısında qoyduğu əmr tam olaraq icra edilib".

Manset.az  xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

Onun sözlərinə görə, avqustun 12-də Muğla "böhran mərkəzi"ndə keçirilən toplantıda rəsmi olaraq yanğınların tam söndürülməsi haqqında məlumat verilib: "Bu müddətdə yerli yanğınsöndürənlər yanğınların söndürülməsi, soyudulması və ağacların kəsilməsinə nail olub. Bizim və yerli yanğınsöndürənlərin məqsədi yanğınların strateji və insanların məskunlaşdığı bölgələrə yaxınlaşmasının qarşısını almaq olub".


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin