Hakerlər mobil telefonumuzdan hər cür istifadə edə bilirlər - XƏBƏRDARLIQ

21:06 - 20 Oktyabr 2022

Hakerlər mobil telefonumuzdan hər cür istifadə edə bilirlər - XƏBƏRDARLIQ

2022-ci ildə dünyada smartfonlara haker hücumlarının sayı xeyli artıb.

 

Bu barədə “Kasperski Laboratoriyası”nın araşdırmasından məlum olur.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, “2022-ci ilin yanvar-sentyabr aylarında dünyada mobil cihaz istifadəçilərinə troyan-casus proqram hücumlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29% artıb”, - deyə araşdırmada deyilir.

Söhbət istifadəçinin razılığı olmadan onun şəxsi məlumatlarını toplayan və onları fırıldaqçılara ötürən proqramlardan gedir.

“Onlar sosial şəbəkələrdə və mesencerlərdə yazışmalara daxil ola, düymə vuruşlarını ələ keçirə və təhlil edə, skrinşot çəkə bilərlər. Bu, onların bütün funksionallıqlarının tam siyahısı deyil”, - deyə tədqiqatda bildirilir.

Qeyd edilir ki, zərərli proqram həm adi istifadəçilərə, həm də şirkətlərə qarşı məqsədyönlü hücumlar həyata keçirmək üçün istifadə olunur.

Bu müddət ərzində dünya üzrə 800 000-ə yaxın belə hücum qeydə alınıb.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin