Samir Nuriyev görüş keçirdi - FOTOLAR
19 Noyabr 2024
15:18 - 20 Oktyabr 2022
Azərbaycan “Avroviziya-2023” beynəxalq mahnı müsabiqəsində iştirak edəcəyini təsdiqləyib.
Bu barədə Manset.az müsabiqənin rəsmi saytına istinadən xəbər verir.
Müsabiqədə ümumilikdə 37 ölkə iştirak edəcək: Albaniya, Avstraliya, Avstriya, Azərbaycan, Belçika, Ermənistan, Kipr, Xorvatiya, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna, Böyük Britaniya.
Müsabiqənin yarımfinalları 9 və 11 may, finalı isə 13 mayda baş tutacaq.
Qeyd edək ki, Turində keçirilən 66-cı “Avroviziya” mahnı müsabiqəsində Ukraynanın hip-hop qrupu Kaluş Orchestra “Stefaniya” mahnısı ilə qalib olub. İkinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya tutub. Ənənəyə görə, “Avroviziya” müsabiqədə qalib gələn ölkədə keçirilir. Ukrayna 2023-cü ildə “Avroviziya”ya ev sahibliyi etməyə hazır olduğunu bəyan edib, lakin Avropa Yayım Birliyi (AYB) iştirakçıların təhlükəsizliyinin təmin edilməsində çətinliklər səbəbindən müsabiqənin bu ölkədə keçirilə bilməyəcəyini bildirib. Bununla bağlı AYB Böyük Britaniyada müsabiqə təşkil etmək üçün “BBC” ilə danışıqlara başlayıb və razılıq əldə edib. Böyük Britaniya digər ölkələrdən fərqli olaraq səkkiz dəfə “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi edib. Sonuncu dəfə bu müsabiqə Böyük Britaniyada 1998-ci ildə keçirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin