Nazir bu vəzifəli şəxsi işdən çıxardı - ƏMR

10:44 - 13 Avqust 2021

Nazir bu vəzifəli şəxsi işdən çıxardı - ƏMR

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktorunu vəzifəsindən azad edib. 

Manset.az qaynarinfo-ya istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə Fizuli Məmmədov vəzifəsindən azad olunub. 

 

Muxtar Babayevin digər əmri ilə nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşı Səmədov Cəlair Zöhrab oğlu Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor əvəzi təyin edilib.

 

Qeyd edək ki, bir müddət əvvəl Lənkəran rayonunun Haftoni ərazisində "Beta” şirkətinə icarəyə verilmiş meşə fondu sahəsində ağacların kəsilməsi böyük səs-küyə səbəb olub. "Beta” şirkəti ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi arasında meşə fondu torpağının açıq sahəsində bağ salınması məqsədilə bağlanmış müqavilənin icrası prosesində kənara çıxmalara yol verildiyi və ərazidə kol-kosdan əlavə yaş ağacların da kəsildiyi aşkar edilib.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin