AÇ: Üç şahmatçımız 4-cü turu qələbə ilə başa vurdu

08:00 - 13 Avqust 2021

AÇ: Üç şahmatçımız 4-cü turu qələbə ilə başa vurdu

Avqustun 12-də Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının dördüncü turunun oyunları keçirilib.

 

Manset.az  xəbər verir ki, təmsilçilərimiz Gövhər Beydullayeva Belarus şahmatçısı Kseniya Zeliantsova, Xəyalə Abdulla avstriyalı Jasmin-Denise Schloffer, Zeynəb Məmmədyarova slovakiyalı Stella Sankova üzərində qələbə qazanıblar. Günay Məmmədzadə ermənistanlı Elina Danielyan, Gülnar Məmmədova Ülviyyə Fətəliyeva, Xanım Balacayeva sloveniyalı Zala Urh, Türkan Məmmədyarova rumıniyalı Andreea-Marioara Cosman qarşılaşmaları heç-heçə ilə başa çatıb. Nəsrin Babayeva serbiyalı Marina Gajcin, Ayan Allahverdiyeva rumıniyalı Mihaela Sanduya uduzublar.

Dörd turdan sonra G.Məmmədzadə 3,5, G.Beydullayeva 3, Ü.Fətəliyeva, G.Məmmədova, X.Balacayeva, X.Abdulla 2,5, Türkan və Zeynəb Məmmədyarovalar 2, A.Allahverdiyeva və N.Babayeva 1 xal qazanıblar.

Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin