“Qalatasaray” pley-offa yüksəldi

00:14 - 13 Avqust 2021

“Qalatasaray” pley-offa yüksəldi

Türkiyənin “Qalatasaray” klubu UEFA Avropa Liqasının III təsnifat mərhələsində Şotlandiyada yerli “Sent Conston”la qarşılaşıb.

Manset.az xəbər verir ki, matç Türkiyə təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

"Qalatasaray"ın heyətində Mbaye Diaqne, Muhammet Aktürkoğlu, Sofian Fequli, Emre Kılınc fərqlənib. Bununla da Türkiyə təmsilçisi Avropa Liqasında pley-offa yüksəlib.

Qeyd edək ki, İstanbul təmsilçisi evdəki ilk görüşdə rəqibini məğlub edə bilməyib - 1:1. “Qlatasaray” növbəti oyununu səfərdə Danimarkanın “Randers” klubuna qarşı keçirəcək. Matç avqustun 19-da baş tutacaq.


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin