Yağıntılı hava nə vaxtadək davam edəcək? - Açıqlandı
26 Noyabr 2024
18:16 - 18 Oktyabr 2022
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 149 068,80 min dollar dəyərində 63 892,13 min ton pambıq lifi ixrac edib.
Manset.az Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, həcm baxımından ötən ilin analoji dövrü ilə müqayisədə 34 833,64 ton və ya 35,3%, məbləğ baxımından isə 2 416,3 min dollar və ya 1,6% azdır.
İplik pambığa gəlincə, cari ilin 9 ayı ərzində 7 044,41 ton məhsul ixrac olunub ki, bununla da 28 573,30 min dollar vəsait əldə olunub. Bu, həcm baxımından ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 739,84 ton və ya 48,9% az, məbləğ baxımından isə 11 463,31 min dollar və ya 28,6% azdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin