Van Dammın azərbaycanlı gəlinindən qayınatasına təbrik - FOTO

12:37 - 18 Oktyabr 2022

Van Dammın azərbaycanlı gəlinindən qayınatasına təbrik - FOTO

Bu gün Hollivud ulduzu Jan-Klod Van Dammın 62 yaşı tamam olur.

 

Manset.az xəbər verir ki, aktyorun azərbaycanlı gəlini Suada Hacızadə sosial şəbəkədə bununla bağıl paylaşım edib. O, həyat yoldaşı və qayınatası ilə olan yeni fotosunu paylşaraq onu təbrik edib. 

Suada ailə fotosuna "Jan-Klod ata, ad gününün mübarək" sözlərini əlavə edib. 

Xatırladaq ki, bir müddət əvvəl Suada Hacızadə qayınanası Qledis Portuqesi də ad günü münasibətilə təqbrik etmişdi.

O, qayınanasının şəklini paylaşaraq "Ad günün mübarək, Qledis ana... 65 yaşda hələ belə yaxşı görünən olmamışdı. Hər zaman qəlbin parıldasın və insanları həmişə belə təbəssümlə qucaqlayasan. Mən səni sevirəm" sözlərini yazıb.

Van Dammın oğlu Kristofer Van Damm azərbaycanlı pianoçu Suada Hacızadə ilə evlidir. Suada Hacızadə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadənin qızıdır.



Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin