İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
22:40 - 12 Avqust 2021
Çində koronavirusun yenidən yayılmasında təqsirli bilinən şəxslər təyin edilib.
Manşet.az medicina.az-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkənin 31 əyalətində koronavirusun "Delta" ştammı yayıldıqdan sonra yerli hakimiyyətlərin 40-dan çox nümayəndəsi cəzalandırılıb.
Bildirilir ki, əyalətlərdə koronavirusun yayıldığı əyalətlərdə sərt karantin tədbirləri görülüb. Sözügedən bu tədbirlərin uğursuzluqla nəticələndiyi ərazilərdə administrativ və tibbi rəhbərliyin müxtəlif səviyyəli 47 nümayəndəsi təqsirli elan edilib.
Bu şəxslərin məhz necə cəzalandırıldığı açıqlanmayıb. Bildirilir ki, ölkədə "Delta" ştammının yeni artımının səbəbini təyin etmək mümkün olub. Belə ki, bu ştamm ilə yoluxmuş şəxsin təyyarə ilə Rusiyadan Nankin şəhərinə gəldiyi qeyd olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin