Sərxan Kərəmoğlu Rəqsanənin təhqir dolu səs yazısını yaydı

22:31 - 17 Oktyabr 2022

Sərxan Kərəmoğlu Rəqsanənin təhqir dolu səs yazısını yaydı

Aparıcı Sərxan Kərəmoğlu müğənni Rəqsanə İsmayılovanın əri Fazil Əmiraslanovun ona göndərdiyi səs yazısını paylaşıb.

 

Manset.az xəbər verir ki, səs yazısında iş adamı Fazil Əmiraslanov aparıcıya söyüş söyərək onu təhqir edib:

"Əmiraslanov Fazil İsmayıl oğlunun mənə göndərdiyi səs yazısını paylaşıram. Xanımlar, qurban olum sizə, baxmayın. Çünki mən sübut edə bilmirəm. Ümumiyyətlə, bu söhbətdə mənə dəstək olan, bu söhbətin yığışdırılmasında yanımda olan insanlara dərin təşəkkürümü bildirirəm. Bütün xanımlardan, analarımdan, bacılarımdan, qızlarımdan acizanə surətdə xahiş edirəm. Üzüm ayağınızın altına, məni düzgün başa düşün. Heç kimə heç nəyi sübut edə bilmirəm.

Bu kişi hamıya deyir ki, Sərxan məni söyüb. Həmin o söyüşlərimi çıxartsın, qoysun ortaya. İndi mən onun söyüşlərini sizə təqdim edirəm. Xanımlar, sizə yalvarıram, baxmayın. Qoyun, aidiyyəti olan insanlar baxsınlar. Çünki mən sübut edə bilmirəm. Hamıya onun səsini göndərəsi deyiləm. Allah sizdən razı olsun".

Qeyd edək ki, Fazil Əmiraslanovla Sərxan Kərəmoğlu arasında qalmaqala səbəb aparıcının Aysun İsmayılovanın evliliyinin oyun adlandırması olub.

Sərxanın yayımladığı videoda qeyri-etik ifadələr, söyüşlər olduğu üçün səs yazısını təqdim edə bilmirik.


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin