Bu məhsulların qiyməti kəskin ucuzlaşdı - VİDEO
23 Noyabr 2024
22:08 - 12 Avqust 2021
Sonuncu dəfə "Kefaret” adlı serialda rol alan aktrisa Nurgül Yeşilçay xarici görünüşündə dəyişiklik edib.
Manşet.az xəbər verir ki, o, qara saçlarını sarıya boyatdırıb. Bunun üçün Nurgül gününün 6 saatını saç ustasında keçirməli olub.
Aktrisa həyatında ilk dəfə saçlarını sarı rəngə boyatdırıb. Onun xarici görünüşündəki bu dəyişiklik müzakirələrə səbəb olaraq hər kəsi təəccübləndirib. Nurgül yeni filmi üçün imic dəyişikliyi etdiyini bildirib:
"Əsmərlərə sarışın olmaq qadağan edilməlidir. Bir neçə saatdır salondayam. Saçlarımın rəngini yeni layihəm üçün dəyişdim", – deyə aktrisa qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin