Ölkəmizdə azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

11:31 - 14 Oktyabr 2022

Ölkəmizdə azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

İqtisadi inkişafın əsas elementlərindən biri də ölkədə sahibkarlıq üçün əlverişli mühit yaradılmasıdır. Çünki iqtisadiyyatın tərəqqisi üçün rəqabət mühiti və şaxəli şəkildə inkişaf olmalıdır.

 

Hər bir ölkənin iqtisadi tərəqqisində onun azad biznes və sahibkarlıq mühitinin vəziyyəti vacib rol oynayır. Bazar iqtisadiyyatının əsas prinsiplərindən olan azad biznes və özəl sektora dövlət dəstəyi faktorları ümumi inkişafın göstəricisinə çevrilir. Dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda, ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Bu mənada bazar iqtisadiyyatını əsas istiqamət seçən Azərbaycan hökümətinin biznes mühiti ilə bağlı həyata keçirdiyi tədbirlər böyük əhəmiyyət daşıyır.

Müasir dünyada bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təminatı özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafından asılı olduğu üçün respublikamızda sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biridir və özəl sektor ölkə iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələnməsində xüsusi rol oynayır.  

Azərbaycanda həyata keçirilən iqtisadi siyasətdə əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun güclü inkişafına nail olunması mühüm aktuallıq kəsb edir. Qeyri-neft sektorunun hərtərəfli, sürətli və səmərəli inkişafının təmin edilməsinin ən zəruri şərtlərindən biri sahibkarlığın inkişaf etdirilməsi, ilk növbədə kiçik və orta biznes fəaliyyətinin səmərəliliyinin artırılmasıdır.

Beynəlxalq təcrübə göstərir ki, kiçik və orta biznesin səmərəli  fəaliyyətinin təmin edildiyi şəraitdə istehsal olunan məhsul və xidmətlərin yarıdan çoxu, elmi texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinin 80 faizi, hər yeni açılan 3 iş yerindən 2-si həmin sahənin payına düşür. Eyni zamanda kiçik və orta biznes subyektləri əhalinin tələbatına daha həssas olduğundan, bazar konyukturunun dəyişiklərinə operativ reaksiya verib, istehsal və istehlak sferalarındakı müvafiq boşluqları daha effektiv şəkildə doldura bilirlər.

Bundan əlavə kiçik və orta sahibkarlıq orta təbəqənin formalaşmasının əsas mənbəyi kimi cəmiyyətdə zəruri sabitlik təmin edərək, ölkədə həyata keçirilən demokratik yönlü , mütərəqqi iqtisadi, hüquqi və siyasi islahatların dəstəklənməsinin sosial bazasını genişləndirir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov Manset.az-a bildirib ki,  dövlət proqramları azad biznesin inkişafında yeni mərhələ açıb:

Aydın Hüseynov: “Ölkəmizin iqtisadi imkanlarının daha da artacağı real  proqnozlardır”

“Hər bir ölkənin yüksək inkişafında onun azad biznes və sahibkarlıq mühitinin vəziyyəti mühüm əhəmiyyət kəsb edir. Müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyasının müəllifi olan Ulu öndər Heydər Əliyev tərəfindən liberal bazar iqtisadiyyatının təmin olunması və azad sahibkarlığıninkişafı ilə güclü əsaslar yaradılıb. Ötən illər ərzində iqtisadiyyatın liberallaşdırılması, dövlət sahibkar münasibətlərinin institusionallaşdırılması baxımından çox mühüm addım atılıb, “Azad sahibkarlığın inkişafı haqqında”, “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” qanunların və digər mühüm sənədlərin qəbul olunması azad biznesin inkişafı üçün geniş meydan açıb. Nəticədə Azərbaycanda sahibkarlar ordusu yarandı, 2003-cü ildə özəl sektorun payı ÜDM-də 74 faizə çatdı. Sahibkarlığın inkişafında yeni mərhələ 2003-cü ildən sonrakı dövrə təsadüf edir. Prezident İlham Əliyev sahibkarlığın dəstəklənməsi üçün qəbul etdiyi mühüm qərarlar, sahibkarlıq sektorunda davamlı islahatların həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi azad biznesin həyatında yeni səhifə açıb”. 

Millət vəkili qeyd edib ki, Azərbaycanın dövlət başçısı həmişə sahibkarların qayğılarına diqqətlə yanaşıb, onların problemlərini həll edib və onların ən yaxın dostu olduğunu bəyan edib:

President Ilham Aliyev viewed “Yashil Chay” plantation in Lankaran - AZERTAC


“Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya, sertifikat, şəhadətnamə və digər sənədlərin sayının azaldılması, sənədlərin verilməsinin elektronlaşdırılması, vergi yoxlamalarının dayandırılması, bütün xidmətlərin “ASAN Xidmət” vasitəsilə həyata keçirilməsi biznesin fəaliyyətinə olan müdaxilələrə son qoyub. Həmçinin, azad biznesin inkişafına təkan vermək məqsədilə 2016-cı ildən başlayaraq onlara investisiya təşviq siyasəti verilməkdədir”. 

A.Hüseynov vurğulayıb ki, liberal iqtisadiyyatın və azad biznesin inkişafında Cənab İlham Əliyevin müəllifi olduğu “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları” mühüm əhəmiyyət kəsb edir:
“İndiyə qədər 4 Dövlət Proqramı qəbul olunub. 2004-cü ildən icrasına başlanılan ilk Dövlət Proqramı paytaxtla regionlar arasındakı kəskin fərqin aradan qalxmasına, rayonlara zəruri infrastrukturların yaradılmasına, yeni istehsal və xidmət müəssisələrinin, iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsinə səbəb oldu və bütövlükdə bütün rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxardı. Sonrakı illərdə icra olunan yeni Dövlət Proqramları rayonların daxili ehtiyatlarının üzə çıxarılması və səfərbər olunması, nəticədə maliyyə imkanlarının yaxşılaşmasına səbəb olub. Rayonlardakı qeyri-neft resurslarının istehsalı və ixracı imkanlarının, aqropark və sənaye zonalarının yaradılması, bölgələrdəki sahibkarların maliyyə imkanlarından istifadə edilməsi regionların iqtisadi potensialının artmasına imkan verib”.

Aydın Hüseyonov əlavə edib ki, ümumilikdə, “Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları”nın icrası son 18 il ərzində ümumi daxili məhsulun 3,4, sənaye istehsalının 3 dəfə, kənd təsərrüfatının 2,2 dəfə, ixracın 7 dəfə artmasına səbəb olub:
“Ölkəmizdə 2,2 milyondan artıq yeni iş yeri yaradılıb. İqtisadi fəal əhalinin sayının 5 milyon nəfəri ötməsi, yoxsulluğun səviyyəsinin 5 faizə aşağı düşməsi, on minlərlə yeni müəssisənin yaradılması birbaşa regional inkişaf proqramının icrasının məntiqi nəticəsidir”.  

Gülçin Nağıyeva

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

12 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin