Lukakunun “Çelsi”yə keçidi rəsmiləşdi

21:15 - 12 Avqust 2021

Lukakunun “Çelsi”yə keçidi rəsmiləşdi

“İnter”in hücumçusu Romelu Lukakunun “Çelsi”yə transferi, nəhayət ki, baş tutub.

Manşet.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bunu rəsmi tvitter səhifəsi vasitəsilə elan edib.

Belçikalı forvard “Evinə xoş gəldin” yazılı videoroliklə təqdim edilib. Müqavilənin detalları barədə hələlik məlumat verilməsə də, bu transferin londonlulara 115 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, Romelu Lukaku 2011-2014-cü illərdə də “Çelsi”nin formasını geyinib.


Xəbər xətti

12 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin