COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
09:45 - 17 Oktyabr 2022
Beyləqanda qohumu tərəfindən vurulan şəxs xəstəxanada ölüb.
Rayon prokurorluğundan Manset.az-a verilən məlumata görə, oktyabrın 16-da 1994-cü il təvəllüdlü Rahib Abbaslının aldığı xəsarətdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.
Araşdırmalarla zərərçəkmişin qohumu, 1991-ci il təvəllüdlü Nicat Əsədovun həmin gün küçədə daş parçası ilə Rahib Abbaslının baş nahiyəsinə xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Nicat Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq hərəkətləri davam etdirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin