"Dünya tarixi Bakı nailiyyətinə şahid oldu" - Dövlət başçısı
24 Noyabr 2024
20:42 - 15 Oktyabr 2022
Rusiyanın Tatarıstan Respublikasında təqaüddə olan kişi sinif yoldaşını qaçıraraq onu qətlə yetirmək istəyib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, 66 yaşlı Munib Yar Çallı şəhərində 67 yaşlı keçmiş sinif yoldaşı Şamili güdüb və ətrafda heç kimin olmadığından əmin olduqdan sonra bıçaqla sinif yoldaşını hədələyərək maşınına mindirib.
Munib idarə etdiyi avtomobili şəhər kənarındakı göllərdən birinin yanında saxlayıb.
Lakin Şamil çevik davranaraq sükan arxasına keçib və sürətlə oradan uzaqlaşıb. O polis idarəsinə yaxınlaşaraq ərizə yazıb. İki həftə sonra Munib polislər tərəfindən saxlanılıb.
O polisdəki izahatında cinayəti qısqanclıq zəminində həyata keçirdiyini bildirib.
Belə ki, 50 il əvvəl, məktəbdə oxuyarkən Munibin sevdiyi qız ondan ayrılıb və Şamillə görüşməyə başlayıb. Kişi ürəyində sinif yoldaşına dərin kin bəsləməyə başlayıb və özünə nə vaxtsa ondan bunun intiqamını alacağına söz verib.
İndi Munibi 5 ildən 12 ilə qədər həbs gözləyir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin