Prezident onları hakim təyin etdi - SƏRƏNCAM
19 Noyabr 2024
12:57 - 15 Oktyabr 2022
"Şam ola, müqəddəs ola, rəhmətə gedərəm, yenə də Rəqsanənin bir kəlməsinə inanmaram. Amma Aysuna inanaram".
Manset.az xəbər verir ki, bu sözləri aparıcı Sərxan Kərəmoğlu deyib. O, müğənni Rəqsanə İsmayılovanın ünvanına tənqidlər səsləndirib.
Sərxan eyni zamanda ifaçının qızı Aysun İsmayılovanın boşanma xəbərinə münasibət bildirib. O qeyd edib ki, bu nikah saxta olub:
"Bu evliliyə inanmadım. Aysunun yanındakı bəyə inanmadım. Bilmirəm kim kimin oyununa gəlib, amma başdan ayağa oyun idi. Bu oyuna inanan da axmaq idi. Aysun bir ad xatirinə evlənmiş olsaydı, davam edərdi, uşaq dünyaya gətirərdi və ayrılardı. Aysunda biclik yoxdur. Aysunun ağlı olsaydı bu addımı atardı. Onsuz şou-biznesdəkilər uşaq və ərə getmə adı xatirinə ərə gedir. Başqa istəyənə rahatlıqla razılıq versin. Aysun o biclikləri etsəydi, ana olardı".
Qeyd edək ki, Aysun iyunda Eşqin adlı bəylə ailə qurub. Bir neçə ay əvvəl isə onlar ayrılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin