Prezident onları hakim təyin etdi - SƏRƏNCAM
19 Noyabr 2024
22:48 - 14 Oktyabr 2022
“Tənha olanda həyatın bir film olduğunu düşünürəm. Hamımız öz rolumuzu oynayıb, çıxıb gedirik. Bunu acımı yaşayandan sonra anladım. Allah hamıya bir vaxt-vədə, ömür verib. Biz həyatda qonaq olduğumuzu unuduruq. Baxırsan ki, yanındakı insan bu gün var, sabah isə yoxdur".
Manset.az xəbər verir ki, bu sözləri müğənni İbrahim Borçalı qonaq olduğu “Həmin Zaur” verilişində deyib.
Oğlu Rəhimin vəfatı ilə barışa bilmədiyini söyləyən sənətçi, övladından xatirə qalan geyimləri geyindiyini açıqlayıb:
Mənə söyləyirlər ki, yenidən ata ol və Rəhimi unut. Yalandır, unutmaq mümkün deyil. O hiss hər zaman səninlə olacaq və birlikdə gedəcək. Taleyin bu işi ilə barışmıram. Niyə belə oldu? Çox acıqlıyam. Çox soyuqqanlı olmuşam. Övlad itkisini heç kim yaşamasın. Allah şəhidlərimizə rəhmət eləsin. Oğlumdan bizə xoş xasiyyəti, gülər üzü, Vətənə bağlılığı qaldı. Onun bütün əşyaları evdə qalıb. Heç nəyə toxunulmayıb. Gündəlik geyindiyim geyimlərin əksəriyyəti oğlumundur. Onun köynəklərini və cins şalvarlarını geyinirəm. İndi əynimdə olan cins şalvar da onundur”.
Qeyd edək ki, Türkiyədə təhsil alan Rəhim karantin ərəfəsində Gürcüstanda qalıb. O, avtomobil qəzasında vəfat edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin