Mövqelərimiz yenə ATƏŞƏ TUTULDU

09:15 - 14 Oktyabr 2022

Mövqelərimiz yenə ATƏŞƏ TUTULDU

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub.

 

Müdafiə Nazirliyindən Manset.az-a verilən məlumata görə, oktyabrın 14-ü saat 00:40-dan saat 01:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin