Antalyada Əfqanıstan bayrağı qaldırıldı - Milliyyətçi gənclərdən REAKSİYA

15:49 - 12 Avqust 2021

Antalyada Əfqanıstan bayrağı qaldırıldı - Milliyyətçi gənclərdən REAKSİYA

Türkiyənin Antalya vilayətinin Alanya rayonundakı çimərliklərdən birində 2 əfqan gənc Əfqanıstan bayrağını qaldırıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu görüntülərin sosial şəbəkələrdə yayılması hiddət doğurub və Alayna Ülkü Ocaqları Dərnəyinin üzvləri həmin bayrağı endirərək yerinə Türkiyə ilə Azərbaycanın bayrağını qaldırıblar.

Manset.az Virtualaz.org-a istinadən xəbər verir ki, Alanya çimərliyindəki görüntülərlə bağlı araşdırma aparılıb və məlum olub ki, əfqanlar həmin bayrağı 3 ay əvvəl qaldırıblar və videonu çəkiblər, ölkələrinə qayıdandan sonra sosial şəbəkələrdə paylaşıblar. Amma nədənsə bayraq hələ də orada dururmuş...

Qeyd edək ki, Əfqanıstandan ABŞ qoşunlarının çəkilməyə başlamasından və “Taliban”ın bir-birinin ardınca  şəhərləri tutmasından etibarən on minlərlə əfqan İran üzərindən Türkiyəyə axın edir. Onların əsasən ABŞ ordusu ilə əməkdaşlıq edən əfqanlar olduqları təxmin edilir, çoxsaylı əfqanıstanlının qeyri-leqal yollarla Türkiyəyə axın etməsi cəmiyyətdə narazılıq yaradır. Bir neçə gün əvvəl isə özünü bloqer adlandıran bir əfqanıstanlı gənc Türkiyədə suyu əfqan mühacirlərə baha satdıqları üçün türk xalqını təhqir edən video paylaşmışdı.



Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin