Peyvənd olunanların sayı açıqlandı

15:12 - 12 Avqust 2021

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 64 280 nəfər vaksinasiya olunub.

Manset.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 43 943, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 20 337 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5 607 591, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 287 430, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 320 161 təşkil edir.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin