Türkiyədə böyük yanğınlar söndürüldü

12:46 - 12 Avqust 2021

Türkiyədə böyük yanğınlar söndürüldü

“Türkiyədə böyük yanğınların hamısı söndürülüb”.

Manset.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli öz tvitter hesabında açıqlayıb.

“15 gün davam edən meşə yanğınlarının son halqası olan Muğlada Köyceğizdə meşə yanğını da nəzarət altına alınıb. Beləliklə, ölkəmizdə baş verən böyük yanğınların hamısını söndürmüş olduq”, - deyə B. Pakdemirli vurğulayıb.

Qeyd edək ki, iyulun 28-dən Türkiyənin bir sıra bölgəsində meşə yanğınları başlayıb. Yanğınlar nəticəsində 8 nəfər həlak olub.

İlkin qiymətləndirmələrə görə, turizmlə bağlı zərərlər də daxil olmaqla yanğınların Türkiyə iqtisadiyyatına vurduğu ziyan 300 milyard lirədən çoxdur. 


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin