İlham Əliyev Haluk Bayraktarı “Qarabağ” ordeni ilə təltif edib - FOTO

19:03 - 15 İyun 2021

İlham Əliyev Haluk Bayraktarı “Qarabağ” ordeni ilə təltif edib - FOTO

“Az öncə qardaşım İlham Əliyev “Baykar” İdarə Heyətindən Haluk Bayraktarı “Qarabağ” ordeni ilə təltif etdi”.

Manşet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında bildirib.

Türkiyə Prezidenti Bayraktar ailəsi adından Azərbaycan Prezidentinə ayrıca təşəkkür edib.

Qeyd edək ki, “Baykar” şirkətinin Baş direktoru olan H. Bayraktar “Baykar” şirkətinin texnik direktoru və qurucusu Səlcuk Bayraktarın qardaşıdır.



Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin