Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Bakıya gətirildi

11:35 - 12 Oktyabr 2022

Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Bakıya gətirildi

Bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Bakıya gətirilib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə bəstəkarın qızı Canana Süleymanlı məlumat verib.

Qeyd edək ki, onunla vida mərasimi bu gün 13:00-dan 16:00-dək Təzəpir məscidində olacaq. Ruhəngiz Qasımova Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək.

Xatırladaq ki, Ruhəngiz Qasımova oktyabrın 9-da Honkonqda böyrək çatışmazlığından vəfat edib.


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin