Keçmiş gəlini Mətanət İsgəndərlidən danışdı: "Dedi ki, birləşək və..."

22:03 - 11 Oktyabr 2022

Keçmiş gəlini Mətanət İsgəndərlidən danışdı:

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana "Dünya TV" kanalında yayımlanan "Star maqazin" şou verilişinin aparıcısı olacaq.

 

Manset.az musavat.com-a istinadən bildirir ki, Canana Mətanət İsgəndərlidən xeyir-dua aldığını bildirib:

"Mətanət xanım deyib yanındayam. Maddi baxımdan da o, kömək edib. Dedi ki, birləşək, uşaqları saxlamaq üçün sən də mənə dəstək ol. Ödənişləri Mətanət xanım edib. Çox sağ olsun, bunu heç vaxt itirmərəm. Mən ölkəni tərk edəndə işlərimdən oldum. Qayıdanda dedim ki, Mətanət xanım, mən bütün işlərimdən olmuşam - dövlət işimi itirmişəm, salonum bağlanıb. İşsizəm, mənə kömək edin gəlir yerim olsun. Çünki mən uşaqlarsız qala bilmirəm. Türkiyədə işimi qurmuşam, ancaq həm burada, həm də orada işim olmalıdır. Sıfırdan başlayıram.

"Star maqazin"in layihə rəhbəri Rəvan Zeynalov verilişini mənə ötürdü. O da mənə dəstək oldu ki, işsiz qalmayım".


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin