İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
09:07 - 12 Avqust 2021
Türkiyənin Kasatmonu, Bartın və Sinop şəhərlərində leysan yağışlar bir sıra fəsadlar törədib.
Manset.az-ın “Haber Global”a istinadən məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Qeyd edilir ki, leysan yağışların səbəb olduğu sel nəticəsində Kastamonuda 2 nəfər ölüb, Bartında 1 nəfər itkin düşüb.
Təbii fəlakət hər üç şəhərə ciddi ziyan vurub, bir sıra ciddi fəsadlara yol açıb. Hazırda bu yaşayış yerlərində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə xidmətləri həyata keçirilir, təxliyə işləri görülür.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin