İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
02:07 - 12 Avqust 2021
Türkiyə müdafiə naziri Hulusi Akar Pakistanda bu ölkənin Prezidenti Arif Əlvi ilə görüşüb.
Manset.az teleqraf.com-a istinadən xəbər verir ki, Pakistan lideri İslamofobiya kimi böyük problemlərin öhdəsindən gəlmək üçün birlikdə hərəkət etməyin vacibliyini vurğulayıb və ölkəsi ilə Türkiyənin beynəlxalq məsələlərdə eyni fikirdə olduğunu bildirib.
Pakistanın Əfqanıstanda sülh və sabitlik üçün səmimi rol oynadığını qeyd edən Əlvi ölkəsinin Əfqanıstanda davam edən vətəndaş müharibəsindən təsirləndiyini söyləyib.
Prezident Əlvi Kəşmir münaqişəsində Pakistana dəstək verdiyi üçün Türkiyəyə də təşəkkür edib.
Akar isə öz növbəsində İslam dünyasının fərqli problemlərlə üzləşdiyini deyib. O, iki ölkənin hərbi və təhsil də daxil olmaqla müdafiə sektorunda əməkdaşlığı inkişaf etdirməli olduğunu diqqətə çatdırıb.
Akar Türkiyənin Kəşmir məsələsində Pakistana dəstəyini davam etdirəcəyini bildirib. Nazir Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə dəvət məktubunu Əlviyə təqdim edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin