İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
01:01 - 12 Avqust 2021
Yunanıstan polisi meşələrin qəsdən yandırılmasına və ya səhlənkarlığa görə meşə yanğınlarında şübhəli bilinən onlarla insanı saxlayıb, son nəticədə 18 nəfər həbs edilib.
Manset.az xəbər verir ki, bu barədə yerli "Skai" telekanalı bildirib.
Məlumata görə, polis avqustun 4-dən 11-dək bütün ölkə üzrə meşələrin qəsdən yandırılması və ya səhlənkarlıq səbəbindən baş verən yanğınlarda şübhəli bilinən 118 nəfəri saxlayıb, 18 nəfərin həbsi ilə bağlı müvafiq sənədlər təşkil edilib. Yanğınlarda şübhəli bilinənlər 15-78 yaşlarındadır.
Bundan başqa, yanğınlar zamanı qismən yanmış evlərdən əşyaların oğurlanılması faktları ilə bağlı 6 nəfər həbs edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin