Azərbaycan və Türkiyə arasında media əlaqələri genişləndirilir

18:40 - 15 İyun 2021

Azərbaycan və Türkiyə arasında media əlaqələri genişləndirilir

Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin əlaqələri genişləndiriləcək.

Manşet.az xəbər verir ki, bu, Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsində yer alıb.

Qeyd olunub ki, Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlıq gücləndirilməli, Türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə TDƏŞ və əlaqədar qurumlar çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verilməlidir.

Qeyd edək ki, iyunun 15-də Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin