Güclü sel körpünü dağıtdı - Millət vəkili təhlükə ilə üz-üzə qaldı (VİDEO)

23:33 - 11 Avqust 2021

Güclü sel körpünü dağıtdı - Millət vəkili təhlükə ilə üz-üzə qaldı (VİDEO)

Türkiyənin Bartın əyalətində yağan güclü yağış nəticəsində yolda həyati təhlükə qarşısında qalan Ədalət və İnkişaf Partiyasının Karabük millət vəkili Cumhur Ünal, AKP rayon təşkilat sədri İsmail Altınöz və partiya rəhbərliyinin üzvləri xilasedicilər tərəfindən xilas olunub.

Manset.az “Ölkə.Az"a istinadən xəbər verir ki, Bartının Bahçecik əraziisndə yolun sel nəticəsində çökməsi nəticəsində Bartın-Karabük yolu bağlanıb.

Vəziyyətlə yerində tanış olmaq məqsədi ilə Cumhur Ünal AKP-nin yerli təşkilatının rəhbərləri ilə sel daşqınları baş verən əraziyə gediblər. Güclü sel millət vəkili və ətrafındakıların 45 dəqiqə əvvəl keçdikləri Kavlakdibi körpüsünü dağıtdığından geri dönmək mümkün olmayıb və onlar çıxılmaz vəziyyətə düşüblər. Həyati təhlükə ilə üzləşən millət vəkilini və ətrafındakıları AFAD və yanğınsöndürən xilasedicilər xilas edib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin